Almaniya millisinin üzvü Serj Qnabri San Marino ilə qarşılaşmada (8:0) 3 qol vurub.
Sportarena.az xəbər verir ki, "Verder"in 21 yaşlı yarımmüdafiəçisi son 40 ildə debüt oyununda millidə het-trik edən ilk futbolçudur.
Belə ki, sonuncu dəfə belə bir şey edən 1976-cı ildə Yuqoslaviya ilə qarşılaşmada 3 qol vuran Diter Müller olub.