"Məğlub olduqsa, ayrılıqda heç kimi günahlandıra bilmərik".
Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bildirib.
Azərbaycan milli komandasının DÇ-2018-in seçmə mərhələsində Şima İrlandiyaya 0:4 hesabı ilə uduzduğu matçı dəyərləndirən AFFA İcraiyyə Komitəsi üzvünün fikrincə, futbolçuları bu ağır məğlubiyyətə görə günahlandırmaq düzgün olmazdı:
"Hazırda istənilən milli komanda istənilən yığmanı bu hesabla məğlub edə bilər. Oyunçuların üzərinə çox da yüklənmək olmaz. Məğlub olduğumuza görə öz oyunçularımı da qınamaq istəmirəm. Ümumi nəticəyə baxsaq, 4 oyuna 7 xal toplamışıq. Bunu da yaxşı hal kimi qəbul etmək olar".
Qeyd edək ki, "Qarabağ"ın və millimizin kapitanı olan Rəşad Sadıqov Belfastdakı oyunu zədə səbəbindən tribunadan izləyib. Qurbanovun millidəki digər futbolçularından Bədavi Hüseynov, Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirquliyev, Əfran İsmayılov bu matçda meydana çıxıb.
sportnet.az