Cüdoçumuz Avropa üçüncüsü oldu

14:59 13 Noyabr 2016

İsrailin Təl-Əviv şəhərində keçirilən Avropa birinciliyində Azərbaycan millisi aktivinə daha bir medal yazdırıb. 


Sportarena.az xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan Firudin Dadaşov bürünc medal uğrunda görüşdə slovakiyalı Peter Jilkanı məğlub edərək bürünc medal qazanıb.


Bu gün yarışan digər cüdoçularımız Rüfət İsmayılov, Cəlil Şükürov və Vasif Şərbətli birinciliyi medalsız başa vurublar.


Qeyd edək ki, ilk gün cüdoçumuz Hidayət Heydərov bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub.


Digər xəbərlər

Xəbər xətti