Fransa millisinin və "Atletiko"nun yarımmüdafiəçisi Antuan Qrizman zədələnib.
Sportarena.az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Məlumata görə, futbolçu İsveç millisi ilə görüşdə sol ayağından zədələnib. O, zədə səbəbi ilə Kot d`İvuar millisinə qarşı görüşdə iştirak etməyəcək.
Qeyd edək ki, iki gün öncə keçirilən Fransa - İsveç matçı 2:1 hesabı ilə başa çatmışdı.