Hal-hazırda "Montreal"ın şərəfini qoruyan Didye Droqba futbolçu karyerası ilə bağlı açıqlama verib.
Sportarena.az xəbər verir ki, ABŞ klubu ilə müqaviləsi dekabrda başa çatacaq 38 yaşlı oyunçu futboldan getməyi düşünmədiyini deyib:
"Yaşıl meydanlarda futbol oynamağa davam etmək istəyirəm. Futbol oynayarkən özümü uşaq kimi hiss edirəm".
Qeyd edək ki, D.Droqba bu mövsüm MLS liqasında 25 oyuna 11 qol vurub, 6 qolun ötürməsini verib.