Çilili hücumçu "Qalatasaray"ın radarına düşdü

23:10 13 Noyabr 2016

Qış transfer pəncərəsində rəhbərlikdən mərkəz hücumçusu transferini tələb edən “Qalatasaray” klubunun baş məşqçisi Yan Olde Rikerinkin siyasında başda Eduardo Varqas gəlir.

 Siqtorssonla yolları ayırmağı planlayan İstanbul nəhəngi boş qalmış mövqeyə “Hoffenhaym” klubunun hücumçusu Eduardo Varqası transfer etmək istəyir. Rikerinkin tələbinə əsasən klub rəhbərliyi çilili futbolçunun meneceri ilə görüşlərə başladı. Futbolçunun özü də start heyətdə çox az yer aldığı üçün alman klubundan ayrılmağı düşünür.

 Xatırladaq ki, ötən mövsüm “Napoli”dən 6 milyon avroya “Hoffenhaym”a transfer edilən Eduardo Varqas bu mövsüm sadəcə 4 oyunda meydanda olub.


Digər xəbərlər

Xəbər xətti