"Qarabağ"ın Cənubi Afrika Respublikasından olan futbolçusu Dino Ndlovu milli komandasından imtina edib.
Sportarena.az xəbər verir ki, bu barədə futbolçu ölkəsinin mətbuatına açıqlamasında bildirib.
Futbolçu Cənubi Afrika Respublikası millisinin baş məşqçisi Efraim Maşabadan narazılıq edib.
"Millidə oynamağa özümü həmişə hazır hiss etmişəm. Hamı bilsin, nə qədər ki, o, komandanın baş məşqçisidir, milliyə dəvət alsam da, getməyəcəyəm. Avropada uğurlu çıxış edən cənubi afrikalı futbolçlardan biri də mənəm. Amma məşqçi bunu görmür. Onun məşqlərinə heç vaxt çıxmaram. Yığmada ondan çox futbolçu narazıdır. Amma onlar bunu ona deməyə qorxurlar".
Xatırladaq ki, Dino Ndlovu Cənubi Afrika millisinin heyətində 4 oyun keçirib.
Qeyd edək ki, 26 yaşlı Ndlovu son dəfə CAR millisinə 2014-cü ildə, Afrika Millilət Kubokunun oyunları zamanı çağırılıb, lakin ona oynamaq şansı verilməyib.