Azərbaycan samboçusu dünya çempionatında gümüş medal qazandı

17:31 14 Noyabr 2016

Bolqarıstanın paytaxtı Sofiyada sambo üzrə dünya çempionatına yekun vurulub.


Sportarena.az xəbər verir ki, mundialda ölkəmizin idman şərəfini 8 samboçu qoruyub.


Finaladək inamla irəliləyən samboçumuz Emil Həsənov (68 kq) qızıl medal uğrunda görüşdə rusiyalı Nikita Kletskoy ilə qarşılaşıb. Həlledici görüşdə rəqibinə uduzan E.Həsənov dünya çempionatının gümüş medalı ilə kifayətlənib.


Yığmamız yarışda Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədovun rəhbərliyi altında mübarizə aparıb.


Dünya çempionatında ölkəmizi hakim qismində Cabir İsmayılov təmsil edib.(Azərtac)


Digər xəbərlər

Xəbər xətti