Polşa millisinin və "Bavariya"nın futbolçusu Robert Levandovski Sloveniya ilə yoldaşlıq görüşünü buraxacaq.
Sportarena.az xəbər verir ki, yığmanın baş məşqçisi Adam Navalka 28 yaşlı hücumçuya istirahət verməyi qərar verib. Buna görə də R.Levandovski milinin düşərgəsini tərk edərək Münhenə qayıdıb.
Qeyd edək ki, R.Levandovski DÇ-2018-in seçmə mərhələsində Rumıniyaya qarşı görüşdə (3:0) dubla imza atıb.