“Fənərbaxça” “Qalatasaray”la keçiriləcək derbinin hazırlıqlarını davam etdirir.
Zədəli olan Cermen Lens və sarı kart cəzalısı Mehmet Topal derbidə iştirak edə bilməyəcək. Əvəzində isə “sarı-lacivərtlilər” iki futbolçusundan şad xəbər alıb.
Belə ki, braziliyalı forvard Fernandao və Ozan Tufan zədələrini sağaldıb və artıq qrupla birlikdə məşqlərə başlayıb. Hər iki futbolçu derbidə iştirak edə bilər.
Qeyd edək ki, “Fənərbaxça” – “Qalatasaray” görüşü 20 noyabr tarixində baş tutacaq.