Milli komandamızın baş məşqçisi Robert Prosineçki "Xəzər TV”də yayımlanan "Futbol Saatı” proqramının qonağı olub.
Sportarena.az xəbər verir ki, xorvatiyalı çalışdırıcı bir sıra maraqlı məqamlara toxunub.
Prosineçki Şimali İrlandiya ilə oyuna görə çox tənqid olunan Əfran İsmayılov haqqında fikirlərini bildirib: "Futbolçuya baxanda görürəm ki, onda nəsə var. Əfranın Dəniz Yılmaza verdiyi ötürməni yada salın. Bunu ancaq Əfran verə bilərdi. O, həmişə fərqli oyun göstərir. Qeyri adi qərarlar verə bilir meydanda. Istedadlıdır. Bu mənim baxışımdır. Bəlkə də sizə hava mübarizələrini udan, atletik cəhətdən güclü futbolçular lazımdır. Topu itirə bilər. Amma texnikalıdır, istedadlıdır. Əfran Azərbaycanın ən istedadlı futbolçulardan biridir. Ondan hər zaman nəsə gözləmək olar. Onun ötürməsini Dəniz Yılmaz qola çevirsəydi, oyun necə gedərdi, bilmirəm”.
Millimizin baş məşqçisi Eddi İsrafilovun nəyə görə yığmaya dəvət olunmasına da münasibət bildirib: Oyunçunun durumuna baxıb qərar verirəm. Daşdəmirov indi tənqid olunur. Halbuki o öz mövqeyində hazırda ölkədə ən yaxşılardandı. Razıyam ki, Arif Şimali İrlandiyaya qarşı zəif oynadı. Amma bir oyuna görə futbolçunu silmək olmaz. Eddinin isə 22 yaşı var, gəncdir və İspaniyada oynayır. Hazırda yaxşı formada deyil. Son matçlarda o qədər də çox oynamır. Ancaq inanıram ki, Eddi yaxın vaxtlarda formasını bərpa edəcək. Etiraf edək ki, İspaniya Sequndası zəif çempionat deyil”.
Prosineçki hər kəsi maraqlandıran Emin Mahmudov haqda da danışıb. O, "Boavişta”nın heyətində debüt edə bilməyən futbolçunun yığmada start "11-lik"də meydana çıxmasını belə izah edib: "Bəli, Emin "Boavişta”da oynamır. Ancaq son toplanışlarda ondan razı qalmışam. Məncə, Belfastda da pis oynamadı. "Nazarov niyə oynamadı” fikrisəslənə bilərdi. Mən məşqdə Nazarovdan razı qalmadım. Əslində Nazarov da Almaniya II liqasında son oyunlarda az şans qazanır. Son 3 oyunda çox az oynayıb. Emin güclü futbolçudu, texnikalıdır, sürəti də var. Mahmudovun yerində başqası oynasaydı da eyni olardı. Mən məşq prosesini izləyirəm və ona görə qərar verirəm. Son 3 oyundan sonra azarkeşlər daha yaxşı nəticə gözləyirdi. Bu da təbiidir. Inanıram ki, qrupda 2-ci yeri tuta bilərik. Almaniyanı çıxmaqla 3 ev oyununda qələbə qazanmaq şansımız var”.
Prosineçki "Kayserispor”da daimi oynayan Ufuk Budakı milliyə dəvət etməməsinin səbəbini açıqlayıb: Ufuk millidə məni qane etməyib. O demək deyil ki, gələcəkdə çağırmayacam. Onun oyunlarını izləyirəm. Ancaq yenə deyirəm, Daşdəmirov 1 oyun zəif oynayıb və ona görə onu tənqid etmək olmaz”.
Mütəxəssis "Bursaspor”un futbolçusu Dəniz Yılmazın durumundan da söz açıb.: "Dəniz Türkiyə çempionatında 4-cü yeri tuan komandanın oyunçusudur. Bizə onun mövqeyində futbolçu lazımdı. Hücumda Şeydayev var, ancaq o gəncdi. Şeydayev Norveç və Çexiyaya qarşı yaxşı oynadı. Onun "Trabzonspor”da oynamaması bizi təəssüfləndirir. Dənizə gəlincə, o, oyuna 2 gün qalmış komandaya qoşuldu. Şimali İrlandiya ilə matçda Ramil zədə aldı və onun əvəzinə Dənizi meydana buraxdıq. Ümid edirəm ki, onlar bundan sonra daha yaxşı oynayacaqlar. Növbəti oyunumuz gələn ilin martındadı və həmin görüşə qədər 1 yoxalama matçı keçirməliyik”.
Prosineçki özündən əvvəl Berti Foqtsun çalıdırdığı Azərbaycan millisi ilə hazırda çalışdırdığı komandanı müqayisə edib: "Millinin həmin vaxt futboldan xəbəri yox idi. Azərbaycan yığması Foqtsun dönəmində 10 nəfərlə müdafiə olunurdu və 1 nəfər hücumda mübarizə aparırdı. Milli həmin vaxt daha çox uzun ötürmələrləoyun qurmağa çalışırdı. İndi isə azarkeşlərə əsl futbolun nə olduğunu göstəririk. Xorvatiya kimi güclü komanda ilə heç-heçə etdik, İtaliyaya qarşı yaxşı oynadıq. Mən burda olduğum müddətdə futbol baxışımdan imtina etməyəcəm. Bu, mənim futbol fəlsəfəmdi. Nə qədər ki, burdayam milli baxımlı futbol sərgiləməyə davam edəcək”.