İngiltərə millisinin yeni baş məşqçisinin adına rəsmən aydınlıq gəlib.
Sportarena.az xəbər verir ki, Sem Ellardaysın istefasından sonra boş qalan posta Qaret Sautqeyt gətirilib. Məlumata görə, İngiltərə Futbol Assosiasiyası baş məşqçi ilə 4 illik müqavilə imzalayıb. O, yeni müqavilə ilinə 1 milyon 500 min funt sterlinq qazanacaq.