Rusiyanın 21 yaşadək futbolçulardan ibarət milli komandası yoxlama oyunu keçirib.
Sportarena.az xəbər verir ki, şimal qonşularımız İsveçrə millisi ilə qarşılaşıb. Matç Rusiya millisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Rusiyanın ikinci qolunu 62-ci dəqiqədə azərbaycanlı futbolçu Ayaz Quliyev vurub.