İngiltərə millisi bu gün İspaniyaya qarşı keçiriləcək matça ciddi itki ilə çıxacaq.
Sportarena.az xəbər verir ki, komanda Ueyn Runinin köməyindən yararlana bilməyəcək. Belə ki, son məşqləri buraxan 31 yaşlı futbolçunun zədəsi ciddir. Buna görə o, millinin düşərgəsini tərk edib.
Beləliklə, Runi İspaniya ilə yoldaşlıq görüşünü buraxacaq.
Qeyd edək ki, İngiltərə - İspaniya oyunu bu gecə keçiriləcək.