Argentina millisinin kapitanı Lionel Messinin halı pisləşib.
Uçuş zamanı “Barselona”nın ulduzunun səhhətində problem yaranıb.
Hadisə Belu-Orizontidən San-Xuana uçuş zamanı baş verib. Həkimlərin yardımından sonra 29 yaşlı futbolçunun durumu normallaşıb.
Qeyd edək ki, bu gün Argentina millisi San-Xuanda Kolumbiya yığması ilə qarşılaşacaq.