“Sevilya”nın fransız yarımmüdafiəçisi Samir Nasri “L’equipe de Soir”a verdiyi müsahibəsində “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola və onun iş metodikası haqqında maraqlı açıqlamalar verib.
“Pep deyirdi ki, seksual münasibətlər gecə 12-dən sonra olmamalıdır. Nə olursa, yalnız bu vaxtadək olmalıdır. Hətta növbəti gün istirahət günün olsa belə. Yalnız bu halda rahat yatmaq mümkündür.
Pep dedi ki, məhz bu qayda ilə o, Messi və Levandovskinin tam formada olmasını və onların tam formada oynamasını təmin etdi. Bununla da onlar maksimum dərəcədə əzələ zədələrindən qorundular. Qvardiolanın bu qaydası bütün komandaya çatdırılmışdı.
Həmçinin, o, çox sərt diet tələblər də irəli sürdü. Klubun və həmçinin oyunçuların şəxsi mətbəxlərində bir çox qidaların qəbulu ləğv olundu.
Məşqə gəlincə, Qvardiola ilə ilk məşq günündə necə oynamaq lazım olduğunu, necə sıxışmağı və topla məsafədə necə olmağı artıq bilirdin. Növbəti gün artıq videolarda nəyi necə etməli olduğunu görmək olardı.
O, səni qorxutmayacaq, lakin sənin inkişafın üçün hər şeyi edəcək, sənin öz mövqeyində necə oynamağın lazım olduğunu göstərəcək. Bu mənada çox detalları sevən adamdır. Çürükçü də demək olar”.
Xatırladaq ki, Nasri Qvardiolanın “Siti”sində cəmi 15 dəqiqə meydanda olub.