Macarıstan yığmasının qapıçısı Qabor Kiray millidəki karyerasını başa vurub.
40 yaşlı qolkiper bu gün İsveçlə yoxlama matçında millidəki son oyununu keçirib.
1998-ci ildən Macarsıtan millisində 108 oyunda çıxan Kiray yığmada ən çox oyun keçirən futbolçudur.
Qeyd edək ki, "Avro-2016"da iştirak edən Q.Kiray Avropa çempionatlarının final tarixinin ən yaşlı futbolçusu olub. O, hazırda Macarıstanın "Haladaş" klubunda çıxış edir.