AVRO-2020-nin təşkilatçı şəhərlərindən biri olan Budapeştin loqosu təqdim edilib.
Sportarena.az xəbər verir ki, tədbirdə UEFA-nın prezidenti Aleksandr Çeferin, Macarıstan Futbol Federasiyasının prezidenti Sandor Ksanyi və digər şəxslər iştirak edib.
Budapeşt qrup mərhələsinin 3, 1/8 final görüşlərindən isə birinə ev sahibliyi edəcək.
Qeyd edək ki, bunadək London, Bakı, Roma, Buxarest, Kopemhagen və Münhen də öz loqosunu təqdim edib.