Kanadanın Burnabı şəhərində gənclər arasında dünya birinciliyi keçirilir.
Sportarena.az xəbər verir ki, 16 noyabrda başlanan mundialda gənc millimiz 14 idmançı ilə təmsil olunur. 102 ölkədən 846 gənc taekvondoçunun mübarizəyə qatıldığı yarışın ilk günü komandamız bürünc medal əldə etməyi bacarıb.
Baş məşqçi Məmməd Abdullayevin yetirmələrindən 45 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Ayaz Qəmbərli yarlmfinala kimi (Nikolas Delaye 14:0, Omar Şarakı 7:1, Rabil Sagitzanov 14:4) inamla irəliləsə də, finala adını yazdıra bilməyib. Belə ki, yarımfinalda Çin Taypeyli idmançı Chang Cheng-Chunla gərgin keçən döyüşdə qızıl xalı rəqib öz hesabına yazmağı bacarıb. Ayaz bu mötəbər yarışdan bürünc medalla ayrılıb.