Fransa millisinin Kot d`İvuarla qarşılaşmasında yığmada debüt edən 21 yaşlı fransalı futbolçu Adrien Rabyu zədələnib.
Sportarena.az xəbər verir ki, bu səbəbdən PSJ-nin futbolçusu matçın 78-ci dəqiqəsində meydanı tərk etmək məcburiyyətində qalıb.
Sol ayağından zədələnən futbolçunun bir müddət oynamayacağı müəyyənləşib. Məhz bu səbəbdən də o, Çempionlar Liqasının qrup mərhələsində vacib "Arsenal" qarşılaşmanı buraxacaq.