Hücum xəttində problemlər yaşayan "Trabzonspor" qış fasiləsi zamanı bu mövqeyi gücləndirməyi planlaşdırır.
Hücumçuların çıxışından narazı qalan Super Liqa klubu ön xəttə yeni transfer edəcək. Qara Dəniz təmsilçisi "Everton"un forvardı Umar Niasseni heyətinə cəlb etmək istəyir. "Bordo-mavilər" baş məşqçisi Ərsun Yanalın israrla istədiyi seneqallı forvard üçün İngiltərə klubuyla danışıqlara start verib.
"Trabzonspor"dan başqa Rusiyanın "Spartak" klubu da Niasseni transfer etmək istəyir. Moskva təmsilçisi 26 yaşlı qolçu üçün "Everton"a 4 milyon avro təklif edib. Lakin futbolçu özü Türkiyədə oynamaq istəyindədi.