İngiltərə millisinin və "Mançester Yunayted"in futbolçusu Ueyn Runi içkili vəziyyətdə şəkilləri yayıldığı üçün üzr istəyib.
Bu barədə o, meneceri vasitəsi ilə bildirib. U.Runinin meneceri deyib ki, 31 yaşlı oyunçu belə hərəkətə yol verməsinin düzgün olmadığının fərqindədir:
"Runi komandanın baş məşqçisi və azarkeşlərdən üzr istəyir".
Qeyd edək ki, Runi millinin düşərgəsində olarkən istirahət günündə səhərə qədər barda içki içmiş və qadınlarla əylənib. Bundan sonra o, millinin heyətindən kənarlaşdırılıb.