“Real”ın futbolçusu Qaret Beyl maraqlı açıqlama verib.
Uels millisinin üzvü birlikdə oynadığı ən yaxşı futbolçunun adını açıqlayıb.
O, bu futbolçunun millidə sabiq komanda yoldaşı olan Rayan Qiqqz olduğunu deyib:
“Eyni komandada oynadığım ən yaxşı futbolçu Rayan Giqqzdi. O, mənim uşaqlığımın qəhrəmanıdır və futbol əfsanəsidir”.
Maraqlıdır ki, Beyl “Real”da komanda yoldaşı olan Kriştiano Ronaldonun adını çəkməyib.