"Qalatasaray"a transfer qadağası!

01:37 18 Noyabr 2016

"Avroliqa"da çətin mübarizə aparan "Qalatasaray Odeabank" basketbol klubunun  maliyyə hesabatlarının araşdırılması nəticəsində, klubun vaxtı keçmiş ödənişləri olduğu müəyyən olunub. 
"Sarı-qırmızılı" klub məsələnin 30 gün araşdırılacağı müddət ərzində transfer edə bilməyəcək. Bu xəbərlə sarsılan baş məşqçi Ərgin Atamanın planları da pozulub.
Belə ki, heç bir verim ala bilmədiyi Russ Smiti sataraq, yeni oyunçu almağı planlaşdıran Atamanın, transfer qadağası ilə əli-qolu bağlanıb.
Qeyd edək ki, "Qalatasaray" "Avroliqa"da oynadığı 7 matçda 1 qələbə qazanıb, 6 dəfə isə məğlub olub.
 


Digər xəbərlər

Xəbər xətti