Daha bir idmançımızın olimpiya nəticəsi ləğv edildi

00:09 19 Noyabr 2016

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Pekin-2008 Yay Olimpiya Oyunlarında dopinq istifadə etdiyini əsas gətirərək azərbaycanlı atlet Nizami Paşayevin nəticəsini ləğv edib.

Bu barədə qurumun rəsmi saytında məlumat yerləşdirilib.

BOK-un qərarına əsasən, idmançın dopinq testlərinin ikinci variantı müsbət nəticə verdiyi üçün nəticəsi keçərli sayılmayıb.

94 kq çəki dərəcəsində yarışan Paşayev Çinin paytaxtında 5-ci yeri tutmuşdu. 

Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşçisi Vitali Rəhimov da olimpiya medalından məhrum olunub.


Digər xəbərlər

Xəbər xətti