Narkoman oyunçu 2 illik futboldan uzaqlaşdırıldı

10:31 19 Noyabr 2016

UEFA Finlandiya yığmasının və Rusiyanın CSKA klubunun futbolçusu Roman Yeremenkonu 2 illik diskvalifikasiya edib.


Sportarena.az xəbər verir ki, Avropa futbol qurumunun rəsmi saytında yer almış xəbərə əsasən, dopinq testi zamanı futbolçunun orqanizmində kokain metabolitləri aşkarlanıb.


Finlandiya mətbuatı yarımmüdafiəçinin sentyabrda Çempionlar Liqasının qrup matçı ərəfəsində dopinq-testdə yaxalandığını yazıb.


Qeyd edək ki, futbolçunun dopinqdən istifadəsi şübhələri yarandığından UEFA onu oktyabrın 7-dən bir ay müddətinə yarışlardan kənarlaşdırıb.


Digər xəbərlər

Xəbər xətti