“Şahdağ” futbol klubunun baş məşqçisi Adil Mahmudov öz istəyilə istefa verib.
Sportarena.az xəbər verir ki, bu barədə klubun vitse-prezidenti Rüstəm Əzimov məlumat verib.
Onun sözlərinə görə, Adil Mahmudov öz istəyi ilə baş məşqçi postundan istefa verib: "Klub A.Mahmudova gördüyü işlərə görə öz minnətdarlığını bildirir. O, “Şahdağ”ın ən ağır günlərində kluba gələrək komandaya kömək edib. Onun klub qarşısındakı xidmətləri yüksəkdir. Və biz, bunu qiymətləndiririk.
Qeyd edək ki, klubun baş məşqçisinin vəzifələrini müvəqqəti olaraq Kamran Nurəhmədov həyata keçirəcək.