"Mançester Yunayted"in borcu artır

15:30 19 Noyabr 2016

Dünyanın zəngin futbol klublarından sayılan İngiltərənin “Mançester Yunayted” komandasının borcu artır.


Sportarena.az xəbər verir ki, Mançester təmsilçisinin borcu 286 milyondan 338 milyon funt sterlinqə yüksəlib.


“BBC”-yə açıqlama verən klubun vitse-prezidenti Ed Vudvord bunu komandanın UEFA Çempionlar Liqasında qrupa düşməməsi ilə əlaqələndirib.


Məlum olub ki, “Qırmızı şeytanlar” ötən illə müqayisədə 3,4 milyon funt sterlinq az gəlir əldə edib. Oyun günü əldə olunan dövriyyə isə 16,8 milyon funt sterlinq aşağı düşüb.


Klubun bir ildə borcu 18 faiz artıb. Bura funt sterlinqin dollarla müqayisədə kursunun enməsi də təsir göstərib.


Digər xəbərlər

Xəbər xətti