Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Slovan” Çexiya çempionatında növbəti oyununu keçirib.
Libereç təmsilçisi səfərdə “Yablonek”lə qarşılaşıb. Oyun meydan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb – 3:0.
“Slovan” 14 xalla 16 komanda arasında 11-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, “Qarabağ” Avroliqada növbəti oyunu “Slovan”a qarşı olacaq. Görüş noyabrın 24-də Çexiyada keçiriləcək.