"Beşiktaş" istədi, "Qalatasaray" alır

01:12 20 Noyabr 2016

"Sarı-qırmızılılar" "Liverpul"un futbolçusu Mamadu Sakonu heyətinə qatmaq istəyir.

İngiltərə klubunun əsas heyətində forma şansı qazanmadağı üçün əvəzedici komandaya göndərilən futbolçu üçün "Qalatasaray" artıq təklif göndərib. İddia olunur ki, türklər fransız mərkəz müdafiəçisini icarəyə götürməyə çalışır.

Maraqlıdı ki, bu futbolçu uzun müddətdi "Beşiktaş"ın da hədəfindədi. İndi "Qalatsaray" əzəli rəqibinin istədiyi futbolçunu heyətinə qatmaq niyyətindədi.

Qeyd edək ki, "Liverpul" Mamadu Sakonu 2013-cü ildə "Paris" klubundan 19 milyon avroya alıb. "Transfermarkt" hazırda 26 yaşlı mərkəz müdafiəçisinə 12 milyon avro qiymət qoyub. "Qırmızılar"ın heyətində indiyədək 80 rəsmi oyuna çıxan futbolçu 3 qol vurub.

///Fanat.Az

 


Digər xəbərlər

Xəbər xətti