Türkiyə Super Liqasında 11-ci turun oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, turun mərkəzi oyununda "Fənərbağça" öz meydanında "Qalatasaray"ı qəbul edib. Gərgin keçən matçın taleyini Van Persi həll edib. Hollandiyalı ulduz futbolçusun 45 və 78-ci dəqiqələrdə vurduğu qollar "Fənərbağça"ya 3 xal qazandırıb.
Qeyd edək ki, "Qalatasaray" 17 ildir ki, "Fənərbağça"ya səfərdə qalib gələ bilmir.