"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Slovan" ciddi itki ilə üzləşib.
Sportarena.az xəbər verir ki, komandanın hücumçusu Milan Baroş zədələnib. O, Çexiya çempionatının 14-cü turunda "Yablonets"lə qarşılaşmada zədələnib.
Belə ki, futbolçu matçın 5-ci dəqiqəsində zədələnib. Oyunu davam etdirə bilməyən futbolçu məcburi əvəzlənib. Həkim müayinəsindən keçən futbolçunun topuq əzələsində problem olduğu məlum olub. Onun "Qarabağ"a qarşı oynayıb-oynamayacağı hələ ki, məlum deyil.
Qeyd edək ki, "Slovan" – "Qarabağ" matçı noyabrın 24-də Liberetsdə keçiriləcək.