Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin oyununa növbəti təyinat alıb.
Sportarena.az xəbər verir ki, gənc FİFA referimiz Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda keçiriləcək "Şalke" (Almaniya) – "Nitsa" (Fransa) matçını idarə edəcək.
Bu işdə ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcək. Matçın 4-cü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Orxan Məmmədov və Rəhim Həsənov isə əlavə köməkçi hakimlər qismində təmsil olunacaqlar.
Qeyd edək ki, Əliyar Ağayevin idarə edəcəyi oyun 24 noyabrda "Veltins-Arena"da keçiriləcək.