Türkiyəli hakim Cüneyt Çakır Çempionlar Liqasının qrup mərhələsinin oyununa təyinat alıb.
Sportarena.az xəbər verir ki, o, C qrupunda keçiriləcək "Borussiya" (Münhenqladbax) - "Mançester Siti" oyununu idarə edəcək.
Qeyd edək ki, noyabrın 23-də keçiriləcək görüş saat 23:45-də başlayacaq.