"Qalatasaray"da qalmaqal: kapitan əsəbləşib məşqə gəlmədi

23:11 21 Noyabr 2016

Türkiyə superliqasında dünən keçirilən “Fənərbaxça” – “Qalatasaray” oyununun gedişatı zamanı qalmaqal baş verib.

Buna “Qalatasaray”ın ehtiyatda qalan kapitanı Səlcuk İnanın ikinci hissədə də oyuna daxil edilməməsi səbəb olub. Fasilədən sonra meydanın kənarında isinmə hərəkətləri edən təcrübəli futbolçu baş məşqçi Jan Olde Riekerinkin üçüncü dəyişiklik haqqı zamanı da onun xidmətindən istifadə etməməsinə etirazını bildirib. Belə ki meydana o deyil Cavanda daxil olub. Bundan sonra texniki zonada oturan oyunçu baş məşqçinin köməkçisi Ayhan Akmanla mübahisə edib.

Ayhan Akman “Sən kimsən ki, belə danışırsan” deyərək Səlcuka əsəbiləşib. Futbolçu isə “Mən “Qalatasaray”ın kapitanıyam. Arxamca iş görməyin”  – deyə cavab verib. Baş məşqçi Riekerink də bu hərəkətinə görə Səlcuka hirslənib.

Yalnız klubun meneceri Mert Çetinin müdaxiləsindən sonra tərəfləri sakitləşdirmək mümkün olub.

Qeyd edək ki, Səlcuk İnan bu gün komandanın Floryadakı məşqində iştirak etməyib.


Digər xəbərlər

Xəbər xətti