İsveçdə 2016-cı ilin ən yaxşı futbolçusu adına aydınlıq gəlib.
Sportarena.az xəbər verir ki, bu mükafata İsveç millisinin sabiq üzvü və "Mançester Yunyted"in 35 yaşlı hücumçusu Zlatan İbrahimoviç layiq görülüb.
O, bununla da 10-cu dəfə ölkəsinin ən yaxşı futbolçusu seçilib.