Azərbaycan klubundan nümunəvi addım

12:33 22 Noyabr 2016

Futbolçu olmaq arsuzu olan 11 yaşlı Seyidəliyev Uğur "Turan Tovuz"un əsas komandasının məşqinə dəvət olunub.
 

Sportarena.az xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkən və müalicə üçün Rusiyaya yollanacaq Uğur klubun məşqində iştirak edib.
 

O, məşqçi və futbolçu heyəti ilə tanış olub. Uğura klubun forması, şərfi və top hədiyyə olunub.
 

Komandanın növbəti ev oyununda "Uğur bizim olsun!" adlı xeyriyyə aksiyası təşkil olunacaq və əldə olunacaq gəlir Uğurun müalicəsinə sərf olunacaq.


Digər xəbərlər

Xəbər xətti