Azərbaycanda danışılmış oyunlar: 24 futbolçu, 1 hakim...

13:39 22 Noyabr 2016

UEFA-nın danışılmış oyunlarla bağlı AFFA-ya göndərdiyi məktubla bağlı araşdırmaların bəzi təfərrüatları açıqlanıb. 


Sportarena.az apasport.az saytına istinadən xəbər verir ki, danışılmış oyunlarda adları hallananlar I divizion təmsilçiləridir.

 
Siyahıda təxminən 10 qarşılaşma var. Onlardan biri “Göyəzən” – “Şahdağ” qarşılaşmasıdı. VII turun 1:1 hesabı ilə yekunlaşan görüşünün nəticəsinin öncədən razılaşdırıldığı üzə çıxıb.
 

Bu 2 klubdan başqa “Rəvan”, “Şərurspor” və “Energetik”in də adı danışılmış oyunlarda iştirakda hallanır. Bundan başqa, danışılmış oyunlarda rolu olan şəxslərlə bağlı araşdırmalar da aparılır ki, burada 24 futbolçu, 1 klub rəsmisi və 1 hakimin adı qara siyahıya düşüb.


Digər xəbərlər

Xəbər xətti