Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportarena.az xəbər verir ki, yığıncaqda UEFA-dan və digər mənbələrdən I divizion komandaları arasında danışılmış oyunlarla bağlı daxil olan məlumatlar AFFA və PFL tərəfindən ciddi şəkildə araşdırılır.
Komissiyanın qərarına əsasən, bu işdə şübhəli bilinən adları aşağıda göstərilmiş şəxslər araşdırma başa çatana qədər AFFA-nın bayrağı altında keçirilən bütün oyunlardan kənarlaşdırılıb.
Bunlar 22 futbolçu, 1 klub rəsmisi və 1 hakimdi. Onların siyahısı aşağıdakı kimidi:
“Şahdağ”
Kamran Ağakərimov
İqrar Səmədov
Tofiq Səfiyev
Mahiddin Ağamov
Faik Ağarəhimov
Rafael Kübərov (inzibatçı)
“Rəvan”
Əkbər Əhmədov
Fərid Ağayev
Mirqasım Cabbarlı
Elvin Əliyev
Omid Masumi
Fərid Quliyev
Cəmşid Məhərrəmov
“Bakılı”
Bəhram Bəhramzadə
Xəzər Qəribov
“Göyəzən”
Arzuman Vəliyev
Orxan Əsgərov
Tunar Şahtaxtinski
“Energetik”
Elvin Əlizadə
Kamran Lalayev
Orxan Əlibalayev
“Şərurspor”
Mehdi Rəsulov
Samir Musayev
Hakim
Anar Niyazov
Qeyd edək ki, komissiya tərəfindən aparılan araşdırmaların nəticələri AFFA-nın İcraiyyə Komitəsinə təqdim olunacaq və bu işdə əli olan komandalara, klub rəsmilərinə, məşqçilərə və futbolçulara qarşı ciddi sanksiyalar tətbiq ediləcək.