AFFA jurnalistə hədə-qorxu gələn futbolçunu cəzalandırdı

15:08 22 Noyabr 2016

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, iclasda əvəzedici heyətlərin XII və I divizionun XII turunda qeydə alınmış qayda pozuntularına hüquqi qiymət verilib: 

 

I Divizionun XII turunun "Turan Tovuz” – "Şahdağ” matçının 2-ci hissəsində "Turan Tovuz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 160 manat cərimə olunur (maddə 52).

 

I Divizionun XII turunun "Şəmkir” – "Səbail” matçının 78-ci dəqiqəsində "Şəmkir” klubunun 11 №-li futbolçusu Şahin Baleljae ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

 

I Divizionun XII turunun MOİK – "Qaradağ Lökbatan” matçının 35-ci dəqiqəsində MOİK klubunun 10 №-li futbolçusu Məhəmməd Bədəlbəyli qeyri-etik jest göstərdiyinə görə İntizam Komitəsi tərəfindən 3 oyun cəzalanır. Oyunçuya verilmiş cəzanın 2 oyunu şərti  cəza kimi tətbiq edilir və futbolçuya 6 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcəkdir (maddə 33) (maddə 42.1).

 

I Divizionun XII turunun "Rəvan” – "Şərurspor” matçında "Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).

 

I Divizionun XII turunun "Bakılı” – "Energetik” matçında "Energetik” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).

 

Oyun başa çatdıqdan sonra "Energetik” klubunun 5 №-li futbolçusu Tural Məmmədov KİV nümayəndəsinə qarşı təhqiredici sözlərə və hədə-qorxu gəldiyinə görə 3 oyun cəzalanır, klub 160 manat cərimə olunur (maddə 42.1)

 

I Divizionun XII turunun "Zaqatala” – "Ağsu” matçının 61-ci dəqiqəsində "Zaqatala” klubunun 10 №-li futbolçusu Arzuman Nəsibov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).


Digər xəbərlər

Xəbər xətti