“Çempionlar Liqası”nda qrup mərhələsinin 5-ci turunun açılış matçında “ÇSKA” Moskva klubu “Bayer” Leverkuzeni qəbul edir. Oyunun 16-cı dəqiqəsində Kevin Volland vurduğu qolla almanları hesabda önə keçirdi. Bununla da “ÇSKA”nı qolkiperi İqor Akinfeyev öz rekordunu təzələmiş oldu. Bundan əvvəl Çempionlar Liqasında ardıcıl 41 oyunda qapısından top buraxan futbolçu bu göstəricisini 42-yə çatdırmış oldu.