Çempionlar Liqasında yeni rekord

10:30 23 Noyabr 2016

Çempionlar Liqasının qrup mərhələsində dünən gecə keçirilən "Borussiya" - "Legiya" oyununda rekord qırılıb.


Sportarena.az xəbər verir ki, sözügedən qarşılaşma Çempionlar Liqası tarixinin ən çox qol olan görüşü kimi yadda qalıb. Belə ki, 8:4 hesabı ilə başa çatan matçda azarkeşlər 12 qola şahidlik ediblər. 


Qeyd edək  ki, əvvəlki rekord "Monako" - "Deportivo" matçında qeydə alınmışdı. Həmin qarşılaşmada İspaniya təmsilçisi "Monako"ya 8:3 hesabı ilə məğlub olmuşdu.


Digər xəbərlər

Xəbər xətti