"Boka Xuniors" oyunçusu Karlos Tevez dünyanın ən çox qazanan futbolçusu ola bilər.
Sportarena.az xəbər verir ki, Çin klublarından biri argentinalı hücumçuya illik 40 milyon avro qazanacağı müqavilə təklif edib.
O, bu təklifi qəbul edəcəyi təqdirdə, Kriştiano Ronaldo və Lionel Messini keçərək dünyanın ən çox maaş alan futbolçusu olacaq.