FİFA yeni reytinq cədvəlini açıqladı: Ermənistan millimizi geridə qoydu

13:31 24 Noyabr 2016

FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. 


Sportarena.az xəbər verir ki, ötən ay açıqlanan siyahıya nisbətən millimiz bu ay geriləyib. Buna səbəb DÇ-2018-in seçmə mərhələsinin IV turunda Şimali İrlandiyaya məğlub olmasıdır.
 

Belə ki, ötən ay aktivində 404 xalı olan millimiz 18 xal itirərək 88-ci pillədən 90-cı yerə enib. 

 
Millimiz və "qonşular"ı
84 (74). Farer adaları - 422
84 (81). Norveç - 422
86 (76). Liviya – 417
87 (125). Ermənistan – 412
88 (91). Qətər - 409
89 (85). Keniya - 397
90 (88). Azərbaycan - 386
91 (93). Toqo – 374
91 (94). Zambiya – 374
93 (101). Finlandiya – 368
94 (96). Suriya – 363
95 (80). Boliviya - 359


Digər xəbərlər

Xəbər xətti