Fransa klubunda baş məşqçi istefası

16:51 24 Noyabr 2016

Fransanın “Lill” futbol klubunun baş məşqçisi Frederik Antonetti ilə müqaviləyə xitam verib.


Sportarena.az  xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.


Rəhbərliyin 55 yaşlı çalışdırıcı ilə əməkdaşlığa son qoymasına səbəb kimi cari mövsümdə qeydə alınan uğursuz nəticələr göstərilib.


Antonettinin istefasından sonra komanda müvəqqəti olaraq Patrik Kolloya tapşırılıb.


Qeyd edək ki, Fransa çempionatında 13 oyundan cəmi üçündə qələbə qazanan “Lill” hazırda 19-cu pillədə yer alır.


Digər xəbərlər

Xəbər xətti