“Üzücü oyun oldu. Uşaqlar yaxşı oynasalar da, adi diqqətsizliyə görə qapımızda qollar gördük”. Bu sözləri “Qəbələ”nin məşqçisi Sənan Qurbanov deyib.
Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Anderlext”i qəbul edən “qırmızı-qaralar” meydandan 1:1 hesablı heç-heçə ilə ayrılıblar.
Matçdan sonra mətbuat konfransı keçirən Qurbanov nəticəni belə şərh edib: “Oyundan öncə də məşqçimiz uşaqları məlumatlandırmışdı ki, rəqibin heyətində çox sürətli futbolçular var. Komandamız yaxşı oynayıb, məğlub oldu. Ardıcıl 2 il Avroliqanın qrupunda çıxış etmək “Qəbələ” üçün yaxşı təcrübədi. Məncə, komandamız təcrübə yığa-yığa yaxşı yerə gəlib çıxacaq”.
- Məğlubiyyətin əsas səbəbkarları kimdi?
- Mən baş məşqçinin dediklərini icra edən adamam. Məğlub olmaq həmişə pisdi. Oyunu analiz edib, çatışmazlıqları aradan qaldıracağıq.
- Oyundan əvvəl penaltini Rikardinyonun yerinə yetirilməsi nəzərdə tutulmuşdu?
- Həm Rikardinyo, həm də Filip Ozobiçə bu tapşırıq verilmişdi. Lakin Rikardinyo özünə daha çox inandı. O, ilk 2 epizodda topu qapıdan keçirdi. Üçüncü penaltini qaçırması isə psixoloji amillə bağlı idi.
- Yenidən zədələnən Dabo “Qarabağ”a qarşı oynaya bilərmi?
- Həkimlər hələ konkret bir söz deməyiblər. Topuğunda ağrı var. Sabah MRT-dən sonra dəqiq biləcəyik.
apasport.az