Rikardinyo: "Hakim həmin anda yersiz qərar qəbul etdi" - MÜSAHİBƏ

10:31 25 Noyabr 2016

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ” qrup mərhələsinin V turunda öz meydanında Belçikanın "Anderlext” klubuna 3:1 hesabı ilə məğlub olub.

 

Sportarena.az xəbər verir ki, oyundan sonra "Qəbələ”nin futbolçusu Rikardinyo jurnalistlərin suallarını cavablandırıb:
 
- Matçın bu axarda keçəcəyini gözləyirdiniz?
- Maraqlı oyun alınsa da, nəticə istədiyimiz kimi olmadı. Bizim yaxşı, keyfiyyətli futbolçularımız var. Əlimizdən gələnin ən yaxşısını etmək üçün çalışdıq, komanda şəkilində mübarizə apardıq. Düşünürəm ki, bütün mövqelərdə yaxşı oynadıq. Son dəqiqələrdə çalışdıq ki, oyunun axarını dəyişək, amma alınmadı.Əlbəttə, istəməzdik ki, sona yaxın iki qol buraxaq. Nəticəyə görə çox üzgünük. 
 
- İkinci penalti zərbəsini kənara vurdun. Həmin epizod barədə nə deyə bilərsən?
- Çox üzgünəm. İlk zərbəm qol oldu, ammma hakim yaxınlaşaraq bildirdi ki, zərbədən öncə cərimə meydançasına futbolçu daxil olub. Hakim zərbəni yenidən yerinə yetirməyin lazım olduğunu bildirdi. Gördüyünüz kimi, topu kənara vurdum, səhvə yol verdim. 
 
- Səncə, hakim düzgün qərar qəbul etmişdi?
- Hesabda önə keçməli olduğumz anda bu şansı əldən verdik. Penalti zamanı bəxtimiz gətirmədi. Oyunçular həmişə cərimə meydançasına qaçırlar. Hakim həmin anda yersiz qərar qəbul etdi.
 
- Üç dəfə penaltini vurdunuz və hər üçünü eyni cinaha yönləndirdiniz. İkinci penalti zamanı ilk cəhdiniz qeydə alınmadıqdan sonra ikinci cəhdinizdə əks cinahı yoxlamağı düşünmədinizmi?
- Oyuna hazırlıq zamanı bir neçə futbolçu penalti zərbələrini vurmaq üçün məşqlər etmişdi. Məşqlərdə kimisi dəqiq zərbə vururdu, kimisinin zərbəsini də qapıçımız dəf edirdi. Komandamızda penaltiləri dəqiq yerinə yetirə bilən bir neçə futbolçu var. Amma bu gün mən meydanda özümü çox yaxşı hiss etdiyim üçün zərbələri vurmaq qərarına gəldim. 
 
- Azərbaycan Premyer Liqasının növbəti turunda rəqibiniz "Qarabağ”dı. Çempionluq uğrunda əsas rəqibiniz olan komanda ilə oyundan nə gözləyirsiniz?
- Asan olmayacaq.Rəqibin heyətində keyfiyyətli futbolçular cəmləşib. "Qarabağ” da bizim kimi Avropa Liqasının qrup mərhələsində mübarizə aparır. Artıq çempionata qayıtmaq vaxtıdı. Çempionatda uğurlu çıxışımızı davam etdirmək və növbəti mövsümdə də Avrokuboklara vəsiqə qazanmaq istəyirik. (sportal.az)


Digər xəbərlər

Xəbər xətti