Avropa Liqasının qrup mərhələsində 5-ci turunda keçirilən "Slovan" - "Qarabağ" oyununun ən yaxşı futbolçusu müəyyənləşib.
UEFA-nın rəsmi saytında keçirdiyi səsverməyə əsasən, məğlubiyyətə baxmayaraq, Ağdam klubunun oyunçusu Muarem Muarem matçın ən yaxşısı seçilib.
Qeyd edək ki, "Slovan" - "Qarabağ" görüşü meyda sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.