"Mançester Siti"nin kapitanı Vensan Kompani zədələnib.
Sportarena.az xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Borussiya"ya (Münhenqladbax) qarşı oyunda zədələnən belçikalı futbolçu tibbi müayinədən keçib. Klubun rəsmi saytından 30 yaşlı müdafiəçinin 4-6 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.
Qeyd edək ki, sözügedən görüş 1:1 hesabı ilə başa çatıb.