"Roma" klubunun əfsanəvi futbolçusu Françesko Totti karyerasını hələ ki, başa vurmaq niyyətində olmadığını bildirib.
Sportarena.az xəbər verir ki, bu barədə 40 yaşlı futbolçu "Sky Sport İtalia" nəşrinə verdiyi müsahibə zamanı bildirib.
"Əvvəlcədən dəqiq bir şey deyə bilmərəm. Hər kəs bilir ki, futbol sürprizlərlə doludur. Psixoloji və fiziki cəhətdən özümə əminəm. Bundan da artığını edə biləcəyimə inanıram. Belə olan halda niyə karyeramı başa vurum?".
Qeyd edək ki, F.Tottinin "Roma" ilə hazırkı müqaviləsi mövsümün sonu başa çatır.